AZ

Puqaçova “Alla Borisovna” ticarət nişanı hüququnu itirə bilər

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Məşhur müğənni Alla Puqaçova “Alla Borisovna” ticarət nişanı hüququnu itirə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı “Rospatent”-in elektron məlumat bazasına istinadən informasiya yayıb.

Sənədlərə görə, müğənninin ticarət nişanı 1997-ci ildə qeydiyyatdan keçib, onun etibarlılıq müddəti bir neçə dəfə uzadılıb.

Sonuncu dəfə bu müddət 2016-cı ildə 25 aprel 2026-cı ilə qədər artırılıb. Puqaçova onu bir daha uzatmasa, o, ticarət nişanını itirmək riski ilə üzləşir.

“Rospatent” məlumat bazasına əsasən, Rusiyada “Alla Borisovna” ticarət nişanı ilə geyim, baş geyimləri, tütün, oyuncaqlar və s. istehsal oluna və satıla bilər.

Ukraynada müharibə başlayandan sonra Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. İndi məşhur cütlük dünyanı aktiv şəkildə gəzirlər.

Cütlüyün İsrail pasportu, həmçinin Kipr vətəndaşlığı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
1
icma.az

2Mənbələr