Bakıda mənzil bazarının aktivliyi fəsillərə görə dəyişir. Bəzən yay aylarında alıcıların sayında azalma müşahidə olunur, payız və qışda isə bazar yenidən canlanır. Bu, həm tələb-təklif balansına, həm də qiymət dinamikasına təsir göstərir.
Yayda mənzil bazarında müşahidə olunan durğunluq alıcı üçün fürsətə çevrilə bilərmi? Ümumiyyətlə, mənzil almaq üçün hansı fəsil əlverişli sayılır?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, əvvəllər yay aylarında insanlar istirahətə üstünlük verdiyinə görə yeni əmlak alqı-satqısına maraq az olurdu:
“Lakin 2024–2025-ci illərdə tələbat təklifi üstələyib və yay aylarında belə mənzil alıcılarının sayı azalmır. Qiymət artımı, əsasən şəhər söküntüləri, ipoteka və daxili kredit imkanları, eləcə də Rusiyadakı Azərbaycan vətəndaşlarının bazara daxil olması ilə bağlıdır”
Ekspert qeyd edib ki, Bakıda əmlak bazarında qiymətlər indiyədək 25 faizdən çox artıb:
“İlin sonuna qədər təxminən 30 faizə qədər yüksəlməsi gözlənilir. Bu artım ipotekaya yararlı mənzillərdə daha çox müşahidə olunur. Bazara həm yerli, həm də xarici investorların marağı yüksəkdir, çünki əmlak yatırımı qısa müddətdə əlavə qazanc gətirir. Sentyabrdan ilin sonuna qədər bölgələrdən və istirahətdən qayıdan insanların bazara daxil olması qiymətlərin, alıcıların sayının daha da artacağını göstərir. Bu səbəbdən 2025-ci ilin sonuna qədər əmlak bazarında qiymət artımının davam etməsi proqnozlaşdırılır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta