AZ

Türkiyəli nazir sürət həddini aşdı — Bu qədər cərimələndi (VİDEO/FOTO)

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde avtomobil yolunda olarkən sürət həddini aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə Uraloğlu öz “X” hesabında paylaşım edib.

Belə ki, nazir Ankara-Niğde yolunda avtomobil idarə edərkən görüntülərini paylaşıb. Uraloğlunun paylaşımında avtomobilin sürətinin 225 km/saata çatması diqqət çəkib. Bu qayda pozuntusundan sonra ona magistral radar cəriməsi yazılıb.

“Ankara-Niğde magistral yolunun hazırkı vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Bu əsnada fərqində olmadan sürət həddini qısa müddətlik də olsa keçmişəm. Müvafiq video ilə də özümü ələ vermiş oldum. Sürət həddinə riayət etmək hər kəs üçün məcburi haldır. Magistral jandarmamız tərəfindən də lazımi intizam tədbirləri görülüb. İctimaiyyətə bildirmək istəyirəm ki, bundan sonra daha diqqətli davranacağam”, - deyə nazir paylaşımda yazıb.

Məlumata görə, Abdulkadir Uraloğlu sürət həddini 50 faizdən çox keçdiyi üçün 9 267 lirə (təxminən 385 manat) cərimələnib.

 

Seçilən
0
7
demokrat.az

8Mənbələr