AZ

Fransada böhran -Baş nazir etimad səsverməsinə çıxarılır


Fransada yeni siyasi gərginlik yaşanır. Belə ki, Baş nazir Fransua Bayru sentyabrın 8-də Milli Assambleyada hökumətinin etimad səsverməsinə çıxarılacağını açıqlayıb. Bu qərar ölkənin böhrana doğru gedən maliyyə vəziyyəti fonunda qəbul edilib və Bayru bunu maliyyə məsələlərinə nəzarətin əsas amili kimi əsaslandırıb.

Baş nazirin məlumatına görə, Prezident Emmanuel Makronun razılığı ilə sentyabrın 8-də Milli Assambleyanın fövqəladə sessiyası çağırılacaq. O, bu sessiyada yeni bir siyasi proqram bəyan edəcək və onun ardınca etimad səsverməsi keçiriləcək. Əgər səsvermədən keçə bilməzsə, hökumət istefa verməli olacaq.

Mətləb Salahov

Seçilən
3
baki-xeber.com

1Mənbələr