Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov ölkəni tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, “Telegram” kanalında açıqlama yayaraq, Rusiyanı tərk etmək niyyətində olmadığını bildirib.
“Hazırda informasiya fırtınası altındayam. Bunlar yalandır. Sifariş deyil, sadəcə mövzunu şişirdirlər və yalan danışırlar. Mən ölkəni tərk etməyəcəyəm. Rusiya mənim sevimli vətənimdir və həmişə Rusiyanın yanındayam. Vladimir Putinin siyasətini dəstəkləməyə davam edəcəyəm. Mən Rusiya hökumətinin bütün hərəkətlərinin legitimliyini tanıyıram. Problemləri qanun çərçivəsində həll edəcəyəm. Amma dövləti məhkəməyə verməyəcəyəm.