AZ

“Kibernetika və İnformatikanın Problemləri” beynəlxalq konfransı öz işinə başladı

Avqustun 26-da Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, Nazirliyin İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M. Qluşkov adına Kibernetika İnstitutu, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutu və Yunanıstanın Thessaly Universiteti tərəfindən təşkil olunan tədbirə dünyanın müxtəlif ölkələrindən alimlər qatılıb.

Konfransda optimallaşdırma və idarəetmə, riyazi modelləşdirmə, hesablama texnologiyaları, qərar qəbuletmə sistemləri, neft və qaz sənayesində proseslərin modelləşdirilməsi, intellektual sistemlər və qeyri-səlis yanaşmalar kimi mövzular müzakirə olunur.

2006-cı ildən etibarən Bakıda mütəmadi keçirilən beynəlxalq konfransın əsas məqsədi alimlər, tədqiqatçılar və müvafiq qurum nümayəndələrini bir araya gətirərək kibernetika və informatika sahəsində aktual elmi-praktiki məsələləri gündəmə gətirməkdir.

Bu il tədbir hibrid formatda təşkil olunub. Türkiyə, ABŞ, Fransa, Almaniya, Yaponiya, Qazaxıstan və digər ölkələrdən tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Seçilən
10
azedu.az

1Mənbələr