AZ

Tramp bu Departamentinin adını dəyişəcək

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.

Milli.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi",- deyə Tramp əlavə edib.

Xatırladaq ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb. /APA 

Milli.Az

Seçilən
12
5
milli.az

6Mənbələr