News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrdə velosiped idmanının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
News24.az xəbər verir ki, bunu avqustun 26-da Azərbaycan Velosiped İdmanı Federasiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə start verilən təlim kurslarının açılış mərasimində Azərbaycan Velosiped İdman Federasiyasının Birinci Vitse-Prezidenti Sahib Ələkbərov bildirib.
Sahib Ələkbərov qeyd edib ki, ölkə rəhbərinin göstərişinə uyğun olaraq idmanın kütləviləşdirilməsi, sağlam həyat tərzinin təşviqi və regionlarda idman infrastrukturunun gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Onun sözlərinə görə, velosiped idmanının inkişafı həm ekoloji mühitin qorunması, həm də gənclərin sağlam böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Son idman klublarının açılması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində ciddi işlər görülür. Məqsədimiz gəncləri idmana cəlb etməklə yanaşı, Azərbaycanın velosiped idmanında beynəlxalq arenada da mövqelərini gücləndirməkdir”.
Azərbaycan Velosiped İdman Federasiyasının Birinci Vitse-Prezidenti əlavə edib ki, bu gün başlanan təlim kursları bölgələrdə ixtisaslı məşqçi çatışmazlığının aradan qaldırılmasına və velosiped idmanının kütləviləşdirilməsinə mühüm töhfə verəcək. Təlimləri uğurla başa vuran iştirakçılar gələcəkdə müxtəlif regionlarda uşaqlar və gənclərlə sistemli iş aparacaqlar.
Aqil Qarayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.