AZ

Almaniya Kiyevə hər il 9 milyard avro verəcək

Bu barədə Almaniyanın maliyyə naziri və vitse-kansleri Lars Klinqbayl Ukraynaya səfəri çərçivəsində mətbuataaçıqlamasındabildirib. O, Prezident Volodimir Zelenski ilə görüşüb. Diqqətə çatdırıb ki, yardım qərarı artıq təsdiqlənib.

"İlkin mərhələdə Ukrayna üçün 8,5 milyard avro məbləğində hərbi dəstək, eləcə də əlavə vəsaiti təsdiqləmişik. Bu, ümumilikdə 9 milyard avro deməkdir",– nazir vurğulayıb.

Almaniya Maliyyə Nazirliyinin hesabatına əsasən, rəsmi Berlin müharibə ərzində Kiyevəbütövlükdə 50 milyard avrodan çox yardımgöndərib. Bu məbləğin təqribən 17 milyardı hərbi xərclər üçün ayrılıb. Almaniya Ukraynanın dünyada ABŞ-dən sonra ikinci, Avropada isə birinci tərəfdarı sayılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr