Misli premyer-liqasının 2-ci turu qonaqların üstünlüyü ilə keçib.
"Football-plus.az" xəbər verir ki, altı oyundan beşində qonaqlar qələbə qazanıblar. “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni – 2:1, “Karvan” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.
Meydan sahiblərinin eyni turun 5 matçında uduzması son 18 mövsümdə ilk dəfə qeydə alınıb. Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/08 mövsümündə yaşanıb.
2007-ci il dekabrın 1-2-də keçirilən 13-cü turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni – 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər – hər ikisi 2:1.(pfl.az)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta