AZ

İlqar Xəyalın oğlu Rusiyada mükafat aldı - VİDEO

Kazanda “Yeni dalğa 2025” beynəlxalq musiqi müsabiqəsi başa çatıb.

Gundem.az “The Voice Mag” nəşrinə istinadən xəbər verir ki, müsabiqədə Azərbaycanı “Səs Azərbaycan” şousunun iştirakçılarından olan, “Karvan” qrupunun keçmiş solisti, müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev təmsil edib.

O, müsabiqədə “Tamaşaçıların seçimi” mükafatına layiq görülüb.

Mükafatı T. Hənifəyevə müğənni Sergey Lazarev təqdim edib.

Qeyd edək ki, Kazanda keçirilən müsabiqədə birinci yeri qazaxıstanlı Aleks Lim tutub.

 

Seçilən
25
7
gundem.az

8Mənbələr