Orbanın sözlərinə görə, Zelenski açıq şəkildə Macarıstana hədə-qorxu gəlib və "Drujba" neft kəmərinə zərbələrin endirilməsini Budapeştin Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməməsi ilə əlaqələndirib.
"Bu, o deməkdir ki, macarlar düzgün qərar veriblər. Zelenskinin sözləri uzunmüddətli nəticələr doğuracaq. Aİ-yə şantaj, bombardman və hədələrlə daxil olmaq mümkün deyil", - deyə Orban vurğulayıb.
Xatırladaq ki, 24 avqustda Zelenski "Drujba" neft kəmərinin mövcudluğunun Macarıstanın mövqeyindən asılı olduğunu bəyan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31