AZ

Azərbaycanda dəniz ilə yük daşımalarından gəlirlər 20%-dən çox artıb

Azərbaycanda bu ilin birinci yarısında dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından 130 079 min manat gəlir əldə olunub, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,4% çoxdur.

Bu barədə Operativ Media-ya  Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata əsasən, hesabat dövründə dəniz nəqliyyatı ilə yük daşımalarından 129 956 min manat gəlir əldə olunub, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisi (108 151,9 min manat) ilə müqayisədə 20,2% çoxdur.

Seçilən
7
2
operativmedia.az

10Mənbələr