AZ

SEPAH: “İsrail  İrana hücumlar zamanı  İraq səmasından istifadə edib”

SEPAH İsrailin 12 günlük İran-İsrail müharibəsi zamanı İraq hava məkanından istifadə edərək hücumlar həyata keçirdiyini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, SEPAH-ın siyasi bölməsinin mətbuat orqanı məlumat yayıb.

Bildirilib ki, müharibə dövründə İsrail qırıcıları İraq səmasından İran hava məkanına daxil olub və ya bu hava məkanından İslam Respublikasındakı hədəflərə raketlər buraxıb.

“İraq səması 12 günlük müharibə zamanı sionist rejimin #İrana hücumları üçün keçidə çevrildi. İsrail qırıcıları bu məkanı heç bir maneə ilə qarşılaşmadan istifadə etdilər”, – deyə, mətbuat orqanı vurğulayıb. SEPAH qeyd edir ki, müharibə bitdikdən sonra da İsrailin İraq üzərindən İran ərazisinə sızmaları davam edib.

SEPAH İraq hökumətinə xəbərdarlıq edərək, Bağdaddan bu məsələdə ABŞ-yə təzyiq göstərməli və hava hücumundan müdafiə sistemləri yerləşdirməklə İsrail aviasiyasının uçuşlarına son qoymalı olduğu vurğulanıb.

Seçilən
21
veteninfo.az

1Mənbələr