AZ

İlin 55 yaşlı tələbəsi: Gecikmiş də olsam, böyük nəticədir

Oxumağı sevirəm, ali təhsil almaq heç zaman gec deyil.

Bunu “Report”a açıqlamasında bu il Azərbaycanda ən yaşlı tələbə adını qazanan 55 yaşlı Vəfa Cəfərova deyib.

Onun sözlərinə görə, 1970-ci ildə Bakı şəhərində anadan olub:

“Orta təhsilimi bitirdikdən sonra 1987-ci ildə Bakı Politexnik Texnikimuna daxil olmuşam. Həmin ildə binaların sanitar texniki qurğuları ixtisasını oxumuşam. 1989-cu ildə isə Bakı İnşaat Texnikumuna daxil oldum. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecində təhsil almışam. Bu dəfə isə Sumqayıt Dövlət Universitetində Neft-qaz mühəndisliyi ixtisasına daxil oldum”.

V.Cəfərova bildirib ki, universitetə bu il daxil olmayan tələbələr qarşıdakı illərdə yenidən cəhd göstərsinlər:

“Bir az gecikmiş də olsa, bu mənim üçün böyük nəticədir. Çox sevindirici haldır. Oxumağı sevirəm, neçə illərdir elə təhsil alıram. Universitetə qəbul olmaq sevincini hər yaşda yaşamaq gözəldir. Gənclər heç bir halda ruhdan düşməsinlər, təhsil almaq heç zaman gec deyil. Hazırda evliyəm, bir övladım və bir nəvəm var”.

Qeyd edə ki, o, hazırda “Azəriqaz” İstehsalat Birliyində mühəndis kimi çalışır.

Seçilən
48
8
report.az

9Mənbələr