AZ

Müğənnidən mövcud təhsil sisteminə SƏRT ETİRAZ…

Mən deyəndə ki, təhsil sistemində dəyişiklik mütləqdir, təkcə məktəbləri nəzərdə tutmurdum. Düşündüm ki, mənim statusumdan sonra millət vəkilləri, məşhurlar da başqa problemləri işıqlandırarlar. Mən özümə aid problemləri yazmıram; əslində, hamını narahat edən problemləri yazıram.

Tribunainfo.az xəbər verir ki, bu sözlərlə mövcud təhsil sistemindəki eybəcərliklərə etirazını bildirən müğənni Nura Suri sual edir ki, yüksək bal toplayan, amma universitetlərə qəbul olunmayan tələbələrin sayı niyə təhsil sistemində heç kəsi narahat etmir?:

“Nəyisə dəyişmək lazım olduğunu anlamaq bu qədər çətindir ki? Kodlaşdırma niyə bu qədər mürəkkəbdir? Valideynlər kodlaşdırmadan başı çıxan insanlara müraciət edib pul ödəyirlər (100-200 manat). Niyə axı tələbə ya valideyn əziyyət çəkməlidir?

Oğlan uşaqlarını 18 yaşında əsgərliyə göndərməmək üçün peşə məktəblərinə deyil, mütləq universitetlərə yönəldirlər. Əsgərlik yaşını 21-dən etmək olmaz ki? Niyə axı heç kəs mövcud problemlərin həll yollarını axtarmır?

Mən müğənniyəm, işim oxumaqdır, əyləndirməkdir. Bunları yazdıqca işim də azalır, qazancım da. Bir insan kimi, vətəndaş kimi biganə qala bilmədiyimdən yazıram”.

Gülşən Rəsul

Seçilən
6
2
tribunainfo.az

10Mənbələr