Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sabah çox vacib oyuna çıxacağıq.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib: "Sabahkı matçda soyuqqanlı və istəkli olmalıyıq. "Ferensvaroş" ciddi rəqibdir. Hesab bizi aldatmamalıdır.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.