AZ

Bəhlul Mustafazadə: “Oyuna hazırıq”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasında sabah “Ferentsvaroş”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi jurnalistlərlə görüşdə bunları deyib:

– Oyunun mahiyyətini bilirik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Bizi gərgin və çətin oyun gözləyir. Hazırıq. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

– Bir azərbaycanlı futbolçu Çempionlar Liqasında liqa mərhələsində oynaya bilər…

– Buna qədər iki dəfə pley-offda oynayıb, mərhələ keçə bilməmişik. Sabahkı oyuna daha sakit yanaşırıq. İki toplu üstünlüyün aradan qalxa biləcəyini bilirik. Maksimum sakitik və daha ağıllı olmağa çalışacağıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
futbolpress.az

4Mənbələr