AZ

“WhatsApp”dan dələduzlara YAŞIL İŞIQ Yeni funksiya istifadəçiləri ŞOKA saldı

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər mətbuatda WhatsApp-ın yeni funksiyanı sınaqdan keçirəcəyi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, yaxın gələcəkdə tanımadığımız şəxslər mesaj göndərərkən onların nömrəsi görünməyə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən informasiya təhlükəsizliyi eksperti Elvin Abbasov bildirib ki, belə bir funksiyanın tətbiqi istifadəçilər üçün ciddi risklər yarada bilər:“Əgər tanımadığımız şəxslər mesaj göndərərkən nömrələri gizlədilərsə, bu, fırıldaqçılıq və saxta kimliklərlə ünsiyyət üçün əlverişli zəmin yaradacaq. İnsanlar qarşı tərəfin kim olduğunu müəyyənləşdirməkdə çətinlik çəkəcək və nəticədə dələduzluq halları artacaq”.Ekspertin sözlərinə görə, məsələ təkcə fırıldaqçılıqla məhdudlaşmır. Bu funksiya həm də kibertəhlükəsizlik və şəxsi təhlükəsizlik baxımından narahatlıq doğura bilər:“Spam, fişinq linkləri və ya təhdidedici mesajlar alan istifadəçilər göndərənin kimliyini görə bilmədikdə, problemi dərhal həll etmək imkanından məhrum olacaqlar. Bu isə platformada inamı zədələyə bilər”.Elvin Abbasov əlavə edib ki, əgər WhatsApp belə bir addım atarsa, mütləq güclü təhlükəsizlik filtrləri və şəxsiyyət təsdiqi mexanizmləri tətbiq olunmalıdır. Əks halda, bu yenilik istifadəçilərin şəxsi təhlükəsizliyinə ciddi zərbə vura bilər.Aygün Hüseyn, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
bizim.media

4Mənbələr