AZ

"Formula-1" - 12 tribunadan 9-nun biletləri satılıb

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 19-21-i Bakı şəhəri dünyanı sürət, musiqi və əyləncə ilə birləşdirən möhtəşəm həftəsonuna ev sahibliyi edəcək. "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün gerisayım artıq başlayıb. Ümumilikdə 12 tribuna tədbir iştirakçılarını qarşılayacaq, bunlardan ikisi yeni tikilib.

Hafta.az xəbər verir ki, 9 tribunaya biletlər artıq satılıb. 2025-ci ildə 20 mindən çox oturacaq yeri nəzərdə tutulub, ilk bilet Avstraliyadan alınıb, indiyə qədər isə 100-dən çox ölkədən bilet satın alınıb. Sentyabrın 19-da İtalyan-Amerikalı məşhur DJ Anyma Bakı səmasını elektron musiqi və vizual sənət elementləri ilə dolduracaq. Sentyabrın 20-də dünyaca məşhur DJ Martin Garrix enerjili ritmlərlə həftəsonuna həyəcan qatacaq. Sentyabrın 21-də qlobal musiqi fenomeni Glass Animals çıxışı ilə tədbiri zirvəyə daşıyacaq.

Fan zonalar və bulvar boyunca təşkil olunan interaktiv əyləncələr, canlı musiqi proqramları və sürpriz fəaliyyətlər azarkeşlər üçün həm yarışın, həm də şəhərin canlılığının içində olma fürsəti yaradacaq. Hər yaşdan iştirakçı üçün xüsusi əyləncə imkanları nəzərdə tutulub.

Seçilən
9
1
hafta.az

4Mənbələr