AZ

Böyük Britaniyada yarım milyondan çox insana demensiya diaqnozu qoyulub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

London, 26 avqust, AZƏRTAC

Böyük Britaniyada demensiya diaqnozu qoyulan insanların sayı rekord həddə çatıb.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, hazırda Milli Səhiyyə Xidməti tərəfindən 506 min 549 nəfərə demensiya diaqnozu təyin edilib. Bu da ötən illə müqayisədə ciddi artım deməkdir.

Məlumata görə, xəstəxanalar getdikcə daha çox yeni texnologiyalardan istifadə edir. Bu texnologiyalar sayəsində xəstələrin vəziyyətində erkən dəyişiklikləri müəyyənləşdirmək və müalicə planlarını vaxtında uyğunlaşdırmaq mümkün olur. Bu isə onlara əlavə güvən və rahatlıq verir.

Mütəxəssislər erkən diaqnozun vacibliyini vurğulayaraq, demensiya əlamətləri hiss edən şəxsləri vaxtında ailə həkiminə müraciət etməyə çağırıblar.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr