AZ

Edvin Banqera “İmişli”də

Portuqaliyanın 2-ci Liqasında çıxış edən “Felqeyras”ın sol cinah müdafiəçisi Edvin Banqera bundan sonra “İmişli”nin şərəfini qoruyacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

Kolumbiyadan olan 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Edvin Banqera “Amerika de Kali” və “Depor Kordoba” klublarının yetirməsidir. Kolumbiyalı müdafiəçi karyerası ərzində “Salqeyros”, “Jil Visente”, “Sportinq da Kovilya” və “Mafra” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, “İmişli” bu yay Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Juninyo, Yav Mozes, Tuncay Yusifli, Xəzər Mahmudov, Dioqo Almeyda və Xəlil Mürsəllini də heyətinə qatmışdı. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə isə yeni müqavilə imzalanıb.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman isə komandanı tərk ediblər.

Seçilən
34
arena.az

1Mənbələr