ain.az bildirir, Banco.az saytına əsaslanaraq.
Azərbaycan və ABŞ arasında ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb.
"ABŞ-də keçirilmiş görüş ölkələrin iqtisadi potensialının artırılması üçün imkanlar yaradacaq", - deyə nazir əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.