AZ

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasıdır.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, uğurla icra olunan Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır: “Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bu illər ərzində azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edirlər. Son zamanlar Azərbaycana səfər edən dövlət və hökumət başçıları bir qayda olaraq işğaldan azad edilmiş ərazilərimizə də səfər edir və Prezident İlham Əliyevin apardığı genişmiqyaslı işləri böyük heyranlıq hissi ilə qeyd edirlər. Bu gün artıq Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı zəruri işlərə başlanılıb”.

Seçilən
22
9
apa.az

10Mənbələr