Bakı.Trend:
Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, AnarSalamzadə və Elçin Əzizovun barəsində Dövlət TəhlükəsizliyiXidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesikeçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanınsədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.Məhkəmədəifadə verən E.Rəhimova təqsirləndirilən şəxsləri tanımadığınıbildirib: “Mənim kartımdan pul göndərilsə də, o əməliyyatı mənetməmişəm. Vatsapda paylaşılan xəstə uşaqlara, qadınlara yardımüçün pul göndərmişəm. İstintaq zamanı mənə deyildi ki, 300 manatgöndərmişəm. İfadəmdə də demişəm ki, mənim o puldan xəbərim yoxdur.Ola bilər ki, vatsapda paylaşılan yardım adı altında pulgöndərilib. Dəqiq heç nə bilmirəm”.
Daha sonra məhkəmədə şahid qismində dindirilən Aytən İsayevauzun müddət Suriyada yaşadığını bildirib:
“Mən 2013-cü ildən 2023-cü ilədək Suriyada yaşamışam. Ərim məndənqabaq getmişdi. Sonra mən, övladım və qardaşım getdik. Xəqaninitanıyıram. Qardaşımın qaynıdır. Bir dəfə görmüşəm. Mən Xəqaniyə pulgöndərməmişəm. Əksinə, o bizə pul göndərib”.
Şahid Məlahət Mustafayeva ifadəsində təqsirləndirilən Xəqaninitanıdığını, oğlunun qaynı olduğunu bildirib:
“Biz Suriyaya getdik. Bir ildən sonra peşman oldum. Oğlum ElşənAzərbaycan vətəndaşıdır. O, Xəqani ilə sözləşmişdi. Xəqani bizə 30min pul verdi. Həmin pula biz ev aldıq. Həmin pulun 11,500 dollarıbizim Suriyadakı satılan evin pulu idi. Həmin pula 1000 dollar daəlavə yardım kimi göndərildi. Bu pul barəsində oğlum və yoldaşıarasında söhbət olub. Lakin mən bu barədə heç nə bilmirəm. Qalanpulun mənbəyi də mənə məlum deyil. Xəqanini bir dəfə görmüşəm.Eşitdiyimə görə, o, xeyriyyəçidir”.
Xəqani ifadəyə münasibət bildirərək qeyd edib ki, Elşən onadeyib ki, ailəsi Suriyaya gələcək və bunun üçün yardımtoplanılmalıdır. Sonra onlara ev lazım olduğunu, ailəsinin kirayədəqalmasını istəmədiyini və toplanan ianələrin də özündə saxlamasınıbildirib. Həmin pulların da ianə olduğunu qeyd edib.
Şahid Zəminə Əliyeva bildirib ki, təqsirləndirilən şəxsi tanımır vəona pul göndərməyib: “Mən ailəmlə birlikdə Suriyada 10 ilyaşamışam. 2012-ci ildən 2022-ci ilədək ailəmiz orada olub.Yoldaşım həlak oldu. Sonra ölkəyə döndük. Mən Xəqaniyə pulgöndərməmişəm. Lakin Aytən İsayevaya 100 manat pul göndərmişəm. Mənorada yaşayanda bizə yardımlar verilib. Həmin yardımlar ərzaqformasında olub. Mənə də yardımların verilməsini əks etdirən videogöndərilib. Biz ölkəyə qayıdanda döyüşlər davam edirdi”.
Şahid Ruslan Məmmədov məhkəməyə verdiyi ifadəsində bildirib ki,qardaşı Suriyada yaşayıb: “Qardaşım Suriyada yaşayıb. O, orada kəndtəsərrüfatı layihəsi ilə məşğul idi. Bu barədə ətraflı məlumatımyoxdur. Qardaşım namaz qılan idi, amma döyüşmürdü. Mən qardaşımagörə pul göndərmişəm. Qardaşım Ramin Məmmədov orada hansısaəməliyyatlarda iştirakı, döyüşü ilə bağlı deyil, başqa bir işləəlaqədar Baş Mütəşəkkil Cinayətlarlıqla Mübarizə İdarəsi tərəfindənaxtarışda olub”.
Şahid İsmayıl Məmmədov bildirib ki, ticarətlə məşğuldur, kartapul göndərib, amma məqsədi sırf yardım üçün olub: “Mənim məqsədimyardım olub. Mən karta yardım üçün iki dəfə pul göndərmişəm. Özümdə pul yığıb, toplayıb birdəfəyə göndərmişəm. İndi də kiməsə yardımlazım olsa, əlimdən gələni edib yardıma çalışaram”.
Şahid Elşən Məmmədov bildirib ki, təqsirləndirilənlərdən yanlızAnarı tanıyır: “Anar mənim kartıma pul göndərmişdi. Mən də onubaşqa karta köçürmüşəm”.
Anar bu ifadəni təsdiqləyib və bildirib ki, öz kartı olmadığıüçün bunu Elşəndən xahiş edib.
Daha sonra təqsirləndirilən Xəqani Ömərovun vəkili ev dustaqlığıilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses digər iki şahidin ifadəsi ilə 16 sentyabrda davametdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyatnəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki,təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xariciölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləriköçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittihamirəli sürülüb.