Bakı. Trend:
Son illərdə aparılan islahatların nəticəsi olaraq muxtarrespublikanın dövlət büdcəsindən asılılığı əhəmiyyətli dərəcədəazalıb.
Trend xəbər verir k, bunu Naxçıvan MuxtarRespublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəsi Fuad Nəcəfli Nazirlər Kabinetində Azərbaycan Prezidentiİlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasda çıxışızamanı deyib.
“Dövlət Proqramının icrası nəticəsində Azərbaycanın dövlətbüdcəsindən Naxçıvana ayrılan dotasiya 2022-ci ildəki 425 milyonmanatdan 2025-ci ilin ilk 7 ayında 120 milyon manata qədər azalıb.Bu fakt muxtar respublikada həyata keçirilən islahatların realnəticə verdiyini göstərir”, – Fuad Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin yanvar–iyul aylarında iqtisadigöstəricilər də müsbət dinamikanı əks etdirib:
ÜDM istehsalı 4,8% artaraq 927,3 milyon manat,
əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manat,
əsas kapitala yönələn investisiyalar 45,9% artaraq 118,4 milyonmanat,
sənaye məhsulu istehsalı 14% artaraq 297,5 milyon manat,
pərakəndə ticarət dövriyyəsi 3,7% artaraq 789,4 milyonmanat,
ödənişli xidmətlər 5,8% artaraq 120,2 milyon manat təşkiledib.
Eyni dövrdə iqtisadi fəal əhalinin sayı 3,5% artaraq 273 minnəfər, məşğul əhalinin sayı isə 0,8% artaraq 260 min nəfər olub.Orta aylıq əməkhaqqı isə 6,3% artaraq 826 manata çatıb.
Cari ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 60 565nəfər, o cümlədən dövlət sektorunda 37 305 nəfər, qeyri-dövlətsektorunda isə 23 260 nəfər təşkil edib.
Büdcə xərclərinin 64%-i yerli yığımlar hesabınamaliyyələşdirilib ki, bu da əvvəlki proqnozdan (47,33%) xeyliyüksəkdir. Vergi daxilolmalarında da artım qeydə alınıb:
fiziki şəxslərin gəlir vergisi 19% artaraq 32 milyon manat,
hüquqi şəxslərin mənfəət vergisi 8% artaraq 13 milyon manat,
ƏDV 34% artaraq 41 milyon manat,
aksiz vergisi 34% artaraq 44 milyon manat,
mədən vergisi 22% artaraq 991 min manat təşkil edib.
Sadələşdirilmiş vergidə isə daşınmaz əmlak satışının və banknağdlaşdırma əməliyyatlarının azalması səbəbindən cüzi enişmüşahidə olunub.
Eyni zamanda, dövlət əmlakından icarə haqları da artıb: dövləttorpaqlarının icarəsindən daxilolmalar 42% artaraq 217,3 min manat,daşınmaz əmlakın icarəsindən isə 5,7 dəfə artaraq 334 min manatolub.
2025-ci ilin ilk yeddi ayında iqtisadiyyata kredit qoyuluşu 33%artaraq 252,5 milyon manat, əhalinin bank əmanətləri 57% artaraq31,8 milyon manat, nağdsız ödənişlər isə 31% artaraq 592,3 milyonmanat təşkil edib. Bank hesablarının sayı 11%, ödənişterminallarının sayı isə 85% yüksəlib.