AZ

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 60% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 60% artıb.

Operativ Media xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasını ötən dövrdə imzalanmış 87 sənəd təşkil edir:

"2007-ci ildə iki ölkə arasında əməkdaşlığın institusional mexanizmi kimi Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası yaradılıb. Komissiyanın sonuncu (4-cü) iclası 2019-cu il mayın 17-də Bakıda keçirilib. Azərbaycan-ABŞ ticarət əməkdaşlığı son illərdə yüksələn xətlə inkişaf edib. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsinin həcmi 1.7 milyard, o cümlədən idxalın həcmi 1.6 milyard, ixracın həcmi 135 milyon ABŞ dolları təşkil edib, 2023-cü illə müqayisədə, 2024-cü ildə ticarət dövriyyəsi 94% artıb. Bu dövrdə ABŞ Azərbaycanın xarici ticarət dövriyyəsində 5-ci, o cümlədən idxalda 4-cü, ixracda isə 24-cü yeri tutub".

Seçilən
14
5
operativmedia.az

6Mənbələr