AZ

Fransada pişiyə cərimə yazılması qalmaqala səbəb oldu

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada bir qadın pişiyinin qatarda çox ucadan miyoldaması səbəbilə dəmir yolu şirkəti SNCF tərəfindən yazılan cəriməni ləğv etdirməyə çalışır.

Ölkə.Az-ın BFMTV-yə istinadən məlumatına görə, ailə cütlüyü 21 avqustda Parisdən Vann kommunasına gedən qatara minib və pişiyini qutuda özləri ilə aparıblar. Sahibəsinin sözlərinə görə, heyvan belə səfərlərə öyrəşib, amma bu dəfə səyahət boyu ucadan miyoldayıb. Bu isə vaqondakı digər sərnişinlərin narazılığına səbəb olub. Şikayətlərdən sonra bilet yoxlayan nəzarətçi onlara başqa yerlərə keçməyi təklif edib, lakin cütlük razılaşmayıb.

Səyahət bitdikdə qatardan düşərkən nəzarətçi onlara “səs-küy” və “ictimai asayişin pozulması” səbəbilə 110 avro məbləğində cərimə təqdim edib.

“Pişik səyahətin əvvəlində bir az miyoldadı, şikayətdən sonra isə nəzarətçi bizə cərimə yazdı. Heç bir şeyi yoluna qoymağa imkan belə vermədilər, – deyə fransız qadın Kamiy bildirib. – Təəssüf ki, SNCF sadəcə heyvanı ilə səyahət edən, bütün qaydalara riayət edən və lazımi tədbirləri görən insanları belə cərimələyə bilir”.

Qadın əlavə edib ki, artıq şirkətə müraciət edib və cərimənin ləğvini tələb edib. O həmçinin, SNCF-dən rəsmi cavab alana qədər qatarlardan istifadə etməyəcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
olke.az

2Mənbələr