Avropa İttifaqı (Aİ) Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi məsələsini, eləcə də Rusiyaya qarşı əlavə təzyiq imkanlarını avqustun 28–30-da keçiriləcək qeyri-rəsmi iclaslarda gündəmə gətirəcək.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Anitta Hipper məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı diplomatik səylər davam edir və üzv ölkələr yaxın günlərdə Kiyevə daha effektiv dəstək yollarını müzakirə edəcəklər.
“İclaslarda həmçinin Rusiyaya qarşı təzyiqi gücləndirmək üçün mövcud imkanlar nəzərdən keçiriləcək”, – deyə Hipper bildirib.
Qeyd edək ki, bundan əvvəl Aİ-nin Macarıstan və Slovakiyaya təsir göstərərək Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbulunu sürətləndirmək istədiyi məlum olub.
//Samir Qurbanov, Editor.az