Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci iltarixli İXB-01 saylı Lisenziyasına əsasən ölkədə investisiyaxidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bank olan XalqBank 26 avqust 2025-ci il tarixdə Bakı Fond Birjasına üzv oldu.
Bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlaraçan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılmasıvə digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyatakeçirmək imkanı qazandırır. Yeni xidmət, müştərilərə kompleks vəetibarlı maliyyə həlləri təklif etməklə yanaşı, eyni zamandaölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.