AZ

Çinin ən yeni silahı nümayiş etdirilib

AzVision.az xəbər verir ki, belə məlumat yayan “Bloomberg” agentliyi həmin silahların peyk şəkillərini də nümayiş etdirib.

Görüntülərdə Pekin küçələrində nümayiş olunacağı ehtimal edilən “onlarla silah” şəkli nəzərə çarpır. “Açıq Nüvə Şəbəkəsi (Open Nuclear Network)”nin analitiklərinin məlumatına görə, şəkillərdə zirehli texnika, hava hücumundan müdafiə (HHM) sistemləri, artilleriya qurğuları, o cümlədən reaktiv yaylım atəşi qurğuları və qanadlı raketlər əks olunub.

“Çin ordusunun yeni silahları qabaqcıl texnologiyalara, o cümlədən gəmi HHMsistemlərini məğlub etmək şansını artıran və Qərbi Sakit okeanda ABŞ Hərbi Dəniz qüvvələrini sıxışdırmaq üçün nəzərdə tutulmuş hipersəs sistemlərinə əsaslanır”,- ekspert Tanyan Syuy “Bloomberg” agentliyinə açıqlamasında deyib.

Nəşr bildirir ki, dəqiq zərbə və pilotsuz müdafiəyə diqqət, Çinin potensial məqsədinin “yüksək texnologiyalı, yüksək intensivlikli müharibədə qalib gəlmək” olduğunu göstərir. Pekin hazırda hipersəs raketlərinin dünyada ən uğurlu inkişaf etdirən ölkələrdən biridir.

Tanyan Syuy vurğulayıb ki, peyk görüntülərindəki silahlar arasında hücum və kəşfiyyat pilotsuz təyyarələri var. Bunlara pilotlu qırıcılarla yanaşı işləmək üçün nəzərdə tutulmuş PUA-lar daxildir. 2021-ci ildə Çin “Feihong FH-97” pilotsuz təyyarəsinin prototipini nümayiş etdirib və bu, onda Çinin ilk döyüşə hazır pilotsuz uçan aparatı kimi qiymətləndirilib.

- Parça ilə örtülməsinə baxmayaraq, peyk görüntülərində, həmçinin bir neçə “DF-41” bərk yanacaqlı qitələrarası ballistik raketlər də var. Belə raketlər buraxılış hazır şəkildə nəql oluna bilər. Çoxlu döyüş başlığı daşıya bilən bu raketlərin üçüş məsafəsi təxminən 15 min kilometrdir ki, bu da ABŞ-ni vurmağa imkan yaradır. Bu raketlər ilk dəfə 2019-cu ildə hərbi paradda təqdim edilib”,- çinli analitik vurğulayıb.

Qoruyucu örtüklər səsdən sürətli “DF-100” qanadlı raketi də daxil olmaqla digər raketləri də əhatə edir. Bu silah haqqında çox az şey məlumdur, lakin agentlik bildirir ki, ABŞ Hərbi Hava qüvvələrinin Çin Aerokosmik Tədqiqat İnstitutunun ehtimalına görə, o, bir neçə min kilometr məsafə qət edə bilər.

Parada hazırlıqla bağlı keçirilən mətbuat konfransında Çin Xalq Azadlıq Ordusunun nümayəndələri tədbirdə qırıcılar və bombardmançılar da nəzərə alınmaqla yüzlərlə təyyarənin, həmçinin hipersəs sürətinə çata bilən yüksək dəqiqlikli raketlər də daxil olmaqla ən yeni silahların nümayiş etdiriləcəyini bildiriblər.


“The Times” nəşrinin yazdığına görə, sözügedən paradda Çinin sədri Si Cinpin, Amerika lideri Donald Tramp və Rusiya prezidenti arasında üçtərəfli görüş də baş tuta bilər. Lakin Ağ Evin rəhbəri belə planın olduğunu nə təsdiq, nə də ki, təkzib edib.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
6
azvision.az

1Mənbələr