AZ

Gələn il Formula 1 də debüt edəcək Kadillak ın sürücü heyəti bəlli oldu

ain.az bildirir, Oxu.az portalına istinadən.

Növbəti mövsümdən "Formula-1"də mübarizə aparacaq "Kadillak" komandası şərəfini qoruyacaq sürücülərin adlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Kadillak"ın bolidlərini meksikalı Serxio Pereslə finlandiyalı Valtteri Bottas idarə edəcəklər.

Hər iki pilotun 35 yaşı var.

Peres F1 karyerasına 2011-ci ildə "Zauber" komandasında başlayıb, daha sonra "Fors İndiya", "MakLaren", "Reysinq Poynt" və "Red Bull" komandalarında çıxış edib. Karyerası ərzində 6 qələbə qazanıb. Serxio Azərbaycan Qran-prisində 2 qələbə qazanan yeganə sürücüdür.

Bottas isə F1 karyerasına 2013-cü ildə "Uliyams" komandasında başlayıb, daha sonra "Mersedes", "Alfa Romeo" və "Zauber" komandalarında çıxış edib. Bu il "Mersedes" komandasında ehtiyat sürücü vəzifəsini icra edir. Valtteri karyerası ərzində 10 qələbə qazanıb - onlardan birinə bizim Bakıda sevinib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
oxu.az

1Mənbələr