AZ

zmir və Adanada meşə yanğınları ilə havadan və qurudan mübarizə aparılır



İzmirin Seferihisar və Adananın Feke rayonlarında meşə yanğınları ilə mübarizəyə havadan və qurudan müdaxilə davam edir.
İzmirin Seferihisar rayonunda meşə yanğını havadan və qurudan söndürülür.

Seferihisar bəndinin yaxınlığındakı meşəlik ərazidə hələ məlum olmayan səbəbdən yanğın baş verib.

Məlumatın ardınca əraziyə İzmir Meşə Regional Müdirliyindən 7 təyyarə, 8 helikopter, 25 su maşını, 2 tikinti texnikası, 7 su təchizatı maşını, 2 buldozer və 182 canlı qüvvə göndərilib.

Qruplar havadan və yerdən müdaxilə ilə yanğını nəzarət altına almaq üçün çalışır.

Adananın Feke rayonunda meşə yanğını başlayıb
Adananın Feke rayonunda meşə yanğını havadan və qurudan söndürülür.

Güzpınarı məhəlləsində meşəlik ərazidən tüstü qalxdığını görənlər hadisə barədə aidiyyatı qurumlara məlumat veriblər.

Hesabatın ardından əraziyə Meşə Regional Müdirliyinin qrupları, bir vertolyot və su daşıyan maşınlar göndərilib.

aia.az
Tərcümə şöbəsi

Yanğınsöndürmə briqadaları yanğını həm havadan, həm də yerdən nəzarət altına almağa davam edir.



Seçilən
7
aia.az

1Mənbələr