AZ

Əlilliyi olan uşaqlar və onların valideynləri üçün Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar və onların valideynləri üçün Milli Xalça Muzeyinə ekskursiya təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Tarixin sehrli toxunuşu-xalça naxışları” adlı ekskursiyanın məqsədi əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların dünyagörüşünü inkişaf etdirmək və zəngin mədəniyyətimiz, yüksək milli-mənəvi və mədəni dəyərlərimiz barədə biliklərini artırmaqdır.

Uşaqlar muzeydəki eksponatlar, müxtəlif ekspozisiyalar və Azərbaycanın ayrı-ayrı bölgələrinə aid klassik xalça nümunələri, həmçinin xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla yaxından tanış olublar.

Ekskursiya zamanı iştirakçılar xalça toxuma prosesini canlı izləmək, ölkəmizin zəngin xalçaçılıq ənənələri və tarixi haqqında geniş məlumat almaq, onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
azertag.az

2Mənbələr