AZ

Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı

Rusiyada “hər şeyi həll edən şəxs” kimi tanınan Vüqar Hüseynovun (digər adı Ruslan) bir çox epizodları üzə çıxıb. O, özünü Rusiya FTX-nin CA əməkdaşı kimi təqdim etsə də, əslində Dövlət Dumasının deputatı, keçmiş KQB–FTX əməkdaşı Sergey Kotkinin köməkçisidir.

Sitat.info yerli mediaya istinadla bildirir ki, azərbaycanlı Hüseynov “İnqosstrax” rəhbərliyi üçün məsələni “həll etməyi” öz üzərinə götürüb. Şirkət zərərçəkmişə sığorta ödənişini vermək istəmirdi. Vüqar (Ruslan) və onun ortağı, hazırda XİD kapitanı olan Andrey Şçerbakov prokurorluqda məsələni “həll etməyi” təklif ediblər. Onlar pulu alsalar da, prokurorluqda sözügedən problemi yoluna qoya bilməyiblər.

Bu hadisədən sonra Andrey özünə avtomobil, Vüqar isə atasının adına mənzil alıb.

Yaxınlarda isə Hüseynov BMW markalı avtomobilində Böyük Lubyanka küçəsində xüsusi siqnal və işıqlardan icazəsiz istifadə etdiyi üçün sürücülük hüququndan məhrum edilib. Moskva FTX idarəsinin binası qarşısında DYP əməkdaşları onu saxlayaraq xüsusi avadanlıqları söküblər.

 

Seçilən
8
2
sitat.info

3Mənbələr