AZ

Makronla bağlı impiçment prosesi başlaya bilər - Xaosun mənbəyi odur!

Fransanın baş naziri Fransua Bayru dövlət borcunu azaltmağı hədəfləyən 2026-cı il büdcəsi ilə bağlı parlamentdə etimad səsverməsi keçirəcəyini açıqlayıb. Sentyabrın 8-də baş tutacaq səsvermə hökumətin taleyini həll edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bayru bildirib ki, sentyabrın 8-də keçiriləcək etimad səsverməsində onun hökuməti deputatlardan 44 milyard avroya qənaət məqsədi ilə xərclərin azaldılmasını təsdiq etməyi xahiş edəcək:

“Təhlükə ilə üz-üzəyik. Bunu həll etməsək, gələcəyimiz yoxdur. Bu, dövlətimizin varlığı, millətimizin nüfuzu və hər bir ailənin sabahı ilə bağlıdır. Hökumət etimad səsverməsində səs çoxluğunu təmin edə bilməsə, yıxılacaq”.

Bayrunun etimad səsverməsi keçirmək qərarının iki əsas səbəbi olduğu iddia edilib. Bunlar Fransanı daha çox borc almağın zərərlərinə inandırmaq və istehsaldan əldə edilən gəlirlə mövcud borcun ödənilməsinin vacibliyini göstərməkdir. Qəzetin məlumatına görə, Bayru istədiyi dəstəyi ala bilməsə, istefa vermək məcburiyyətində qalacaq.

Seçilən
13
publika.az

1Mənbələr