ABŞ martın əvvəlində Ağ Evdə Tramp-Zelenski mübahisəsindən sonra Ukraynada hakimiyyəti dəyişmək istəyib. Bu barədə “The Guardian” üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Evdəki mübahisədən sonra ABŞ senatoru Vens Ukraynada Zelenskiyə əsas rəqib hesab edilən ölkənin keçmiş Baş Qərargah rəisi və hazırda Britaniyadakı səfiri Valeri Zalujnı ilə əlaqə yaratmağa cəhd edib.
Qəzet, Vensin Oval Ofisdəki mübahisənin alovlanmasında əsas rol oynadığını, mübahisədən sonra o və Tramp administrasiyasının digər rəsmilərinin “problemli Zelenskiyə” alternativləri nəzərdən keçirməyə başladığını iddia edib. Qəzet qeyd edib ki, hətta Lindse Qrem kimi bəzi ABŞ rəsmiləri Ukrayna liderinin istefasını tələb ediblər. Vens isə “müxtəlif diplomatik və digər kanallardan” istifadə edərək Zalujnı ilə telefon əlaqəsi yaratmağa cəhd edib. Lakin səfir Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakla məsləhətləşdikdən sonra Vensin zənglərinə cavab verməkdən imtina edib.
TAHİR