Bakı, 26 avqust, AZƏRTAC
Orta ixtisas təhsili müəssisələrinin (kolleclər) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qəbul olub təhsil tələbə kresiti (TTK) almaq istəyənlər üçün birinci tədris ilinin ilk semestrində tələb olunan minimal bal həddi 40 olaraq müəyyən edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilb. Bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil.