Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayında dəyişiklik olub.
Apasport.az xəbər verir ki, daha əvvəl 8 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Türkiyə və Küveyt əlavə olunub.
Turnirdə Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi dəqiqləşib.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO