AZ

16 əsr əvvəllə aid abidə yenidən ziyarətçilər üçün AÇILIR – RƏSMİ/ÖZƏL

Çıraqqala abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri tamamlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə ziyarətçilərə mədəni xidmətlərin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması üzrə işlər davam etdirilir.

Xatırladaq ki, Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib.

“Çıraqqala”  abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır.  Abidənin bərpasına 2019-cu ilin iyul ayında başlanılıb. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb.

Günay Şahmar, Bizim.Media

 

 

Seçilən
17
1
bizim.media

2Mənbələr