AZ

Ötən illə müqayisədə tələbə olanların sayı artıb

Ötən ilə nisbətən bu il tələbə olanların sayı 1580 nəfər daha çoxdur.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

"Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 839 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir", - məlumatda qeyd olunub.

Seçilən
19
4
apa.az

10Mənbələr