Tibbi yoxlanış və rəsmi imza üçün Moskvaya yollanan kolumbiyalı müdafiəçi Karlos Kuesta geri dönüb.
Fanat.Az xəbər verir ki, “Qalatasaray” ilə “Spartak Moskva” arasında aparılan danışıqlar son anda dalana dirənib. İki klub maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyib.
Bunun nəticəsində Kuesta artıq İstanbula qayıdıb və transfer rəsmən ləğv olunub.
Məşhur jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, tərəflər arasında anlaşmanın pozulması “Qalatasaray” rəhbərliyində də böyük məyusluq yaradıb.
Kamil Xudiyev