Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin eks-prezidenti Serj Sarqsyana qarşı qaldırılan cinayət işinə baxmağa başlayıb.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, söhbət S.Sarqsyanın Ermənistan müdafiə naziri olduğu dövrdə İsakov prospektində torpaq sahəsinin özgəninkiləşdirilməsi prosesindən gedir.
S.Sarqsyanın vəkili torpaq sahəsinin mənimsənilməsi kontekstində əldə edilən sübutların qanunsuz formada yığıldığını iddia edərək işə xitam verilməsi barədə vəsatət qaldırıb.
Lakin məhkəmə Serj Sarqsyana qarşı qaldırılan cinayət təqibinə xitam verməkdən imtina edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.