AZ

Abituriyentlərin NƏZƏRİNƏ - Sentyabrın 2-dək...

Avqustun 28-dən sentyabrın 2-dək ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub. pizza sifarişi

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və "Abituriyent" 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.


Telegram kanalımız
Seçilən
5
1
yenisabah.az

2Mənbələr