AZ

Afaq Bəşirqızı Mehriban Əliyevanı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, Xalq artisti təbrik mesajında ölkənin birinci xanımının xeyriyyəçilik fəaliyyətlərinə diqqət çəkib.

"Hörmətli Mehriban Xanım, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Siz zəngin fəaliyyətinizlə milli-mədəni irsimizin qorunmasında, humanizm və xeyriyyəçilik ənənələrinin inkişafında və mədəniyyətə göstərdiyiniz qayğı və sevgidə çox böyük işlər görmüsünüz.

Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına və yüksək insani dəyərlərin təbliği yolunda yorulmaz xidmətlərinizin bundan sonrakı inkişafı üçün Sizə can sağlığı və böyük müvəffəqiyyətlər arzulayıram" - deyə Afaq Bəşirqızı qeyd edib.

Seçilən
24
1
publika.az

2Mənbələr