Formula-1 üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə məktəblərin fəaliyyətində müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Sitat.info xəbər verir ki, bu barədə Report-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq. Həmin tarixlərin iki günü 19-20 sentyabr dərs günüdür.