ABŞ-nin hava yolu şirkəti “Southwest Airlines” verdiyi qərarla tənqidlərin hədəfi olub.
Ölkə.Az xəbər verir ki, buna səbəb isə kök şəxslərdən 2 yer almaları tələbidir.
Belə ki, şirkətin verdiyi qərara əsasən, növbəti ilin yanvarından etibarən oturacaqların qolları arasına yerləşməyən sərnişinlər əvvəlcədən ikinci oturacaq almalıdır.
Mövcud siyasətə əsasən, artıq çəkisi olan sərnişinlər əvvəlcədən əlavə oturacaq alıb pulunu geri ala və ya hava limanında pulsuz tələb edə bilərlər.
Yeni qərarla pulun geri qaytarılması mümkün olacaq, lakin onlara artıq zəmanət verilməyəcək.
Şirkət bəyan edib ki, geri qaytarılma yalnız uçuş tam bron edilmədikdə, hər iki bilet eyni sinifdə alındıqda və uçuşdan sonra 90 gün ərzində sorğu verildikdə olacaq.
Yeni qaydaya əsasən, əlavə oturacağı əvvəlcədən almamış sərnişinlər hava limanında əlavə bilet almalı olacaqlar. Uçuş dolu olarsa, sərnişin başqa reysə köçürüləcək.
Billurə