Laçın, 26 avqust, Gülay Nəzərova, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd olunan Laçın Şəhəri Günü çərçivəsində qala-konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Həkəri çayının sahilində qurulmuş əsas səhnədə təqdim olunan konsert proqramını dövlət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, laçınlı sakinlər və digər qonaqlar izləyiblər.