AZ

Tramp Çini məhv etməklə hədələyib

ABŞ prezidenti Donald Tramp Çini məhv etməklə hədələyib.

Paralel.az xəbər verir ki, Tramp bunu “Fox News”a müsahibəsində deyib.

Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında gözəl əlaqələrin  olacağını deyən Tramp eyni zamanda Pekini Çini məhv etməklə hədələyib.

"Bizim kartlarımız onlarınkından daha çoxdur. Onların kartları var. Amma bizdə inanılmaz kartlarımız var. Amma mən o kartları oynamaq istəmirəm. Əgər oynasam, Çini məhv olardı. Mən o kartları oynamaq istəmirəm”, - Tramp qeyd edib.

Tramp bu il Çinə səfər edə biləcəyini də istisna etməyib: “Yəqin ki, bu il biz Çinə gedəcəyik”.

Mürtəza

Seçilən
18
4
paralel.az

5Mənbələr