AZ

Qazaxıstanda 150 qədim kurqan aşkarlanıb

Qərbi Qazaxıstan vilayətində 150-yə yaxın kurqanın - qədim antik dövrün abidələri olan qəbir təpələrinin yerləşdiyi unikal arxeoloji məkan aşkarlanıb.

Trend Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, kurqanlardan biri öz ölçüsü ilə heyran edir: onun xəndəyinin eni 140 metrə çatır.

Arxeoloqların fikrincə, burada xüsusi statusa malik insan dəfn oluna bilərdi. İlkin məlumatlara görə, məskunlaşma hələ erkən Dəmir dövründə mövcud olub.

Kurqanların forması da qeyri-adidir: onların arasında təkcə düzbucaqlılar deyil, həm də halqavarı olanlar, həmçinin iki halqadan düzəldilmiş də var. Belə məzarlıqlar unikaldır və bölgənin tarixinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Seçilən
0
3
sherg.az

4Mənbələr